"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 100-cü qolunu vurub
19
apr
2025
11:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarında 100-cü qolunu vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXI turuna təsadüf edib.
"Turan Tovuz"la ev görüşündə (1:1) vurulan top Naxçıvan təmsilçisi üçün yubiley xarakteri daşıyıb. Bu, qola İssuf Paro imza atıb.
"Araz-Naxçıvan" 100-cü qola 109-cu oyunda çatıb. Bu qollardan 54-ü evdə, 46-sı səfərdə vurulub.
Qeyd edək ki, Naxçıvan klubu ölkə çempionatları tarixində 100 və daha çox qola imza atan 33-cü komandadır.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...