"Araz-Naxçıvan" "Alanyaspor"la qolsuz heç-heçəyə razılaşdı
Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən "Araz-Naxçıvan" klubu növbəti yoxlama matçını keçirib.
Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda qardaş ölkənin Superliqa təmsilçisi "Alanyaspor"la üz-üzə gəlib.
Görüş qolsuz bərabərliklə nəticələnib.
"Araz-Naxçıvan"ın növbəti sınağı iyulun 17-də Superliqanın digər iştirakçısı "Trabzonspor"a qarşı olacaq. Komanda Türkiyə toplanışı çərçivəsində daha əvvəl "Bayburtspor"la oynayıb və 14:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın həndbol millisinin İslamiadadakı hədəfi bəlli olub
Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarındakı hədəfi bəlli olub. B...