Andres İnyesta bu klubun baş məşqçisi oldu
Yeniliklərdən dərhal xəbərdar olun
İspaniyalı keçmiş futbolçu Andres İnyesta BƏƏ-nin ikinci liqa təmsilçisi "Gulf United" klubuna baş məşqçi təyin olunmasını şərh edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin sözlərinə görə, "Gulf United" məşqçilik karyerasına başlamaq üçün ideal seçimdir:
"Futbol mənə çox şey verib və indi bunun bir hissəsini məşqçilik, təlim və gənc oyunçularla gündəlik işləməklə geri qaytarmaq istəyirəm. İstedadlı və böyük uğurlar qazanmaq istəyən futbolçuların inkişafına kömək etmək niyyətindəyəm".
İnyesta qeyd edib ki, futbolçuların inkişafında səbirli yanaşma, oyunun düzgün anlaşılması və hər bir oyunçuya fərdi münasibətə önəm verir:
"Gulf United bu prinsipləri bölüşür. Məhz buna görə bu təklifi qəbul etdim. Məşqçi kimi inkişaf etmək, praktiki təcrübə toplamaq və gələcəkdə Pro lisenziya almaq istəyirəm".
Qeyd edək ki, bu, Andres İnyesta üçün məşqçilik karyerasında ilk klub olacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...