Ançelotti superulduzdan çox narazıdır - Mbappe "Real"ın ən böyük problemidir

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın yeni ulduzu Kilian Mbappenin oyunundan narazıdır.
BAKU.WS xəbər verir ki, bu barəfə "Give Me Sport" məlumat yayıb.
Bildirilib ki, "Los Blancos"un çalışdırıcısı cari mövsümdə müxtəlif matçlarda Mbappedən daha çoxunu tələb edib. Belə ki, baş məşqçi Mbappenin komandanın müdafiə xəttində iştirak etməməsindən məyusluq keçirib.
Superulduzun topa sahib olmadığı vaxtlarda komanda yoldaşlarına kömək edə bilməməsi baş məşqçi üçün "Barselona" ilə oyunda xüsusilə nəzərə çarpıb.
O vaxtdan bəri Ançelotti Mbappeni "Real"ın ən böyük problemi adlandırıb. O, bütün bunları Kylianın gəlişinin komandaya gətirdiyi balanssızlığa səbəb olduğunu bildirib.
Xatırladaq ki, bu mövsüm La Liqada Mbappe "Real Madrid"in heyətində on oyun keçirib və altı qol vurub. 25 yaşlı fransız yayda mövsümlərarası fasilədə azad agent kimi Madrid klubuna keçib.
Oxşar xəbərlər
Azərbaycanın üç güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycanın üç yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatında finala yüksəlib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki,...
