Almaniya yığması Ermənistanı darmadağın etdi - VİDEO

Almaniya yığması Ermənistanı darmadağın etdi - VİDEO
Video
İdman 631

DÇ-2022-nin seçmə mərhələsində 5-ci turun növbəti oyunları baş tutub.

BAKU.WS xəbər verir ki, ikinci matç günündə 12 qarşılaşma qeydə alınıb.

B qrupunda İspaniya millisi Gürcüstana 4:0 hesabı ilə qalib gəlib. J qrupunda isə Almaniya yığması Ermənistanı darmadağın edib.

B qrupu

İspaniya - Gürcüstan - 4:0Qollar: Xose Luis Qaya, 14, Karlos Soler, 25, Ferran Torres, 41, Pablo Sarabiya, 63

Kosovo - Yunanıstan - 1:1Qollar: Vedat Muriki, 90+2 - Anastasios Duvikas, 45+2

J qrupu

İslandiya - Şimali Makedoniya - 2:2Qollar: Brinyar İngi Byarnason, 78, Andri Qudyonsen, 84 - Darkon Velkovski, 12, Ezcan Alioski, 54

Rumıniya - Lixtenşteyn - 2:0Qollar: Alin Toşka, 11, Kristian Manya, 18

Almaniya - Ermənistan - 6:0Qollar: Serj Qnabri, 6; 15, Marko Roys, 35, Timo Verner, 45, Yonas Hofmann, 52, Kərim Adeymi, 90+1.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər