Aleksandr Şaqoyko: "Neftçi" ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq"

Aleksandr Şaqoyko: Neftçi ilə cavab matçında səhvlərimizi aradan qaldırmağa çalışacağıq
İdman 24

"Dinamo" (Minsk, Belarus) "Neftçi" ilə cavab oyununda səhvləri aradan qaldırmağa çalışacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Minsk kollekivinin baş məşqçisi Aleksandr Şaqoyko mətbuat konfransında deyib.

Mütəxəssis "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qələbəyə görə şadıq. Amma optimist olmalıyıq. Cavab matçından əvvəl üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Cavab matçını gözləyəcəyik".

O, ilk dəqiqələrdə iki qol buraxdıqları üçün təəccüblənib:

"Bakıya qələbə üçün gəlmişdik. Qalib gəldiyimiz üçün xoşbəxtik. Hansı kollektivlə üz-üzə gəldiyimizi bilirik. Bu gün hər şey plan üzrə getdi".

Baş məşqçi rəqibə hörmətlə yanaşdıqlarını sözlərinə əlavə edib:

"İki top fərqi təhlükəlidir. Çünki buraxdığımız bir qol hər şeyi bir anda rəqibin leyhinə dəyişə bilər. Çox ağır oyun olacaq. Ciddi hazırlaşacağıq. Məqsədimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır".

Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər