Aleksandar Mitroviç: "Əvvəlcə Azərbaycana qalib gəlməliyik"
Yeniliklərdən dərhal xəbərdar olun
"Portuqaliya ilə Lissabondakı matça hələ çox var. Biz hələlik yalnız özümüz haqqında düşünməliyik".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Serbiya millisinin futbolçusu Aleksandar Mitroviç Lüksemburq və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə mərhələ oyunlarından öncə mətbuat konfransında deyib.
İngiltərə "Fulhem"ində çıxış edən 27 yaşlı hücumçu bildirib ki, hazırda əsas diqqətləri qarşıdakı iki görüşdədir: "Əvvəlcə Lüksemburq və Azərbaycana qalib gəlməliyik. Bundan sonra əminliklə Lissabona getmək və onlarla oynamaq olar. Belə oyunlar üçün bizə xüsusi motivasiya lazım deyil".
Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya millisi 3 gün sonra Azərbaycanı qəbul edəcək.
Oxşar xəbərlər
DÇ-2022: Lüksemburq millimizi II dəfə mərkəzə dəvət etdi - VİDEO/YENİLƏNİB
Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. BAKU.WS-in məlumatına görə, Lüksemburq stadionunda oy...