Afrikada çıxış edən futbolçu Azərbaycana qayıdır
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Afrika Respublikasının (CAR) "Stellenboş" klubunda çıxış edən futbolçu Turan Manafov Azərbaycana qayıda bilər.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi "Qəbələ" ilə danışıqlar aparır.
Bu barədə Qəbələ təmsilçisinin məşqçisi George Çixradze Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Şamaxı"nı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, Turan Manafov 2025-ci ilin yayından "Stellenboş"da çıxış edir. O, cari mövsüm ərzində CAR təmsilçisi ilə 9 oyunda meydana çıxıb. Manafov bu klubdan öncə "Kəpəz"in şərəfini qoruyub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...