AFFA və TFF prezidentləri görüşdü - FOTO

16
iyn
2021
16:56
Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.
R.Abdullayev AVRO-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb. Nihat Özdəmir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Qeyd edək ki, görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Rövnəq Abdullayev: "Bu memorandum AFFA üçün vacib hadisədir"
"Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq". BAKU....
