AFFA üç komanda haqqında verdiyi qərarları dəyişdirib
AFFA Region Liqasında çıxış edən üç komandanın apellyasiya şikayətləri təmin edilib.
BAKU.WS xəbər verir ki, bu barədə milli assosiasiyanın Apellyasiya Arbitraj Tribunalı qərar çıxarıb.
Araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə "Ağsu Siti" klubunun təqsiri olmadığı müəyyən edilib. Ötən ilin oktyabrında keçirilməli olan "Ağsu Siti" - "Ağcabədi" qarşılaşmasında təhlükəsizlik (polis) təmin olunmadığı üçün İntizam Komitəsi (İK) meydan sahiblərinə texniki məğlubiyyət verib. İK-nın qərarı ləğv edilib, qarşılaşma isə yenidən keçiriləcək.
"Hacıqabul" klubu tərəfindən verilən apellyasiya şikayəti də təmin edilib. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə bölgə təmsilçisinin təqsirsiz olduğu üzə çıxıb. Ötən ilin dekabrında "Ucar"la görüşdə həkim təyin olunmadığından "Hacıqabul" texniki məğlubiyyətlə üzləşmişdi. İK-nın bu qərarı da ləğv olunub və matç yenidən baş tutacaq.
Bu turnirdə çıxış edən "Lokomotiv Baku" da müsbət cavab alıb. İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə paytaxt komandasının təqsiri olmadığı müəyyən edilib. İK "Lokomotiv Baku"ya "Crystal"la qarşılaşmaya görə texniki məğlubiyyət vermişdi. Bu qərar da ləğv edilib və oyun yenidən keçiriləcək.
Oxşar xəbərlər
"Barselona"nın qapıçısı bu kluba keçməyə razılıq verib
Almaniyalı qapıçı Mark-Andre ter Ştegen "Jirona"ya keçməyə razılıq verib. BAKU.WS xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb. Məlumata gör...