AFFA prezidenti UEFA-nın tədbirində iştirak edib
AFFA prezidenti Rövşən Nəcəf Fransanın Kann şəhərində UEFA tərəfindən milli assosiasiyaların rəhbərlərinin iştirakı ilə TEP proqramı çərçivəsində keçirilən toplantıda iştirak edib.
BAKU.WS qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə AFFA prezidenti ilə yanaşı, icraçı vitse-prezident Sərxan Hacıyev də iştirak ediblər.
Toplantı çərçivəsində AFFA rəhbərliyi müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Həmin görüşlərdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, həmçinin hər iki ölkədə futbolun inkişafına dair tədbirlərin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...