AFFA iki məşqçini beş oyunluq cəzalandırıb
AFFA-nın aşağı liqalarında çıxış edən iki komandanın köməkçi məşqçiləri 5 oyunluq cəza alıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
U-16 Liqasında mübarizə aparan "Dinamo" (Bakı) kollektivindən Çıraq Behbudov ASTA ilə matçın 88-ci dəqiqəsində hakimi təhqir edib. Qırmızı vərəqə alan mütəxəssis texniki zonadan kənarlaşdırılıb.
U-13 Liqasında da oxşar hadisə yaşanıb. İOEUGİM (Sumqayıt) komandasından Asif Əsgərov eyni cəzanı alıb. O, "Məhəllə uşaqları" (Sumqayıt) ilə qarşılaşmanın 52-ci dəqiqəsində meydana daxil olaraq hakimlər briqadasının ünvanına xoşagəlməz ifadələr işlədib.
Bundan əlavə, AFFA U-11 Liqasında "Lamasya Baku"nun futbolçusu Heydər Xanlarov "Binə" (Bakı) ilə görüşdə hakimə əl-qol atdığı üçün meydandan kənarlaşdırılıb və 2 matçlıq cəza alıb. Ardınca onun valideyni qərara etiraz olaraq stadiona girib, bu səbəbdən komandaya xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...