AFFA-dan YENİLİK: Böyük hesabla uduzan komandalar meydana əlavə oyunçu daxil edə biləcəklər

AFFA-dan YENİLİK: Böyük hesabla uduzan komandalar meydana əlavə oyunçu daxil edə biləcəklər
İdman 60

AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq.

BAKU.WS xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, 2025/2026 mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Misli Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən kollektivlərin nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib.

Həmin toplantılarda bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib.

"Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.

Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində üç top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə bir oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq altı qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha bir oyunçu əlavə edə bilər. Hesab fərqi dörd qola enən zaman meydanda olan əlavə iki oyunçudan ikisi meydanı tərk etməlidir.

Yekun olaraq, üç qol fərqi olanda əlavə bir oyunçu, altı qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi dördə və ikiyə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq çıxa biləcək oyunçuların sayı maksimum iki nəfər olmalıdır", - deyə məlumatda vurğulanıb.

Son xəbərlər