AFFA Ayxan Abbasovla Saşa İliç cəzalandırdı
"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.
İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis "Şamaxı" ilə matçda rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. "Sumqayıt" klubu isə baş məşqçinin hərəkətinə görə 10 000 manat cərimələnib.
Eyni oyunda "Sumqayıt" beş futbolçusunun sarı vərəqə aldığı üçün 700 manat məbləğində də cərimələnib.
Oxşar xəbərlər
"Bəlkə, məni tez yola salmaq istəyirlər?" - "Qarabağ"ın müdafiəçisi
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov mövsümün sonunda karyerasını bitirməsi ilə bağlı danışıb. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 34 yaşlı futbo...