Adı "Qalatasaray"la hallanan Xames Rodriqes "azad agent" statusu ilə klubundan ayrılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes klubu ilə müqaviləsinə xitam verib.
BAKU.WS xəbər verir ki, 33 yaşlı futbolçu "azad agent" statusu ilə "Rayo Valyekano"dan ayrılıb.
Daha əvvəl mətbuatda kolumbiyalının Meksikadan "Amerika Klubu"nun oyunçusu ola biləcəyi barədə məlumatlar yayılmışdı. Onun həmçinin Türkiyənin "Qalatasaray" klubu ilə də adı hallanırdı.
Xatırladaq ki, futbolçu cari mövsümün əvvəlində "Rayo Valyekano"ya keçmişdi. Bu mövsüm futbolçu İspaniya klubunun heyətində bütün turnirlərdə 7 matçda iştirak edib və bir məhsuldar ötürmə edib, ümumilikdə 205 dəqiqə meydanda olub.
Xames əvvəllər "Real Madrid", "Bayern" və digər klublarda çıxış edib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...