Acun "Fənərbağça"nın Avropadan kənarlaşdırdığı klubu alır
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur türkiyəli iş adamı və "Hall Siti"nin sahibi Acun Ilıcalının yeni klub almaq planları üzə çıxıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Liqası komandalarından olan "NK Maribor" Ilıcalının yeni hədəfi olub.
UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Fənərbağça” ilə qarşılaşan “Maribor” ilk matçda səfərdə 3:1, ikinci matçda isə evdə 3:0 hesabı ilə məğlub olub.
Klubun yaydığı açıqlamada qeyd olunub ki, potensial investorlarla görüşmə və məlumat toplama prosesi həyata keçirilir:
"Bunlar məcburi olmayan görüşlər olduğu müddətcə mətbuatda çıxan xəbərlərə və ya namizədlərlə bağlı şayiələrə şərh verə bilmərik".
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...