"Abşeron"un yeni baş məşqçisinin köməkçilərindən biri müəyyənləşib

Abşeronun yeni baş məşqçisinin köməkçilərindən biri müəyyənləşib
İdman 13

"Abşeron" basketbol klubunda yeni baş məşqçi Erhan Tokerin köməkçilərindən biri müəyyənləşib.

BAKU.WS klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümü üçün hazırlıqlara start verən komandaya gürcüstanlı mütəxəssis Davit Çivçivadze də dəvət olunub.

Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, gənc çalışdırıcının ilk məşqçilik təcrübəsi də ölkəmizdə olub. O, ötən mövsüm "Naxçıvan"ın ( keçmiş "Xəzri"nin) məşqçilər korpusunda yer alıb. Davit Çivçivadze oyunçu kimi də ölkəmizdə 2022/2023 mövsümündə "Şəki"nin heyətində çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər