SİZİN REKLAM BURADA!
055 213 76 73


"CBC Sport" kanalının "Qalatasaray" - "Neftçi" oyunu ilə bağlı hazırladığı çarx türk izləyicilərin marağına səbəb olub.

BAKU.WS xəbər verir ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaq klubların oyun öncəsi anonsu türk səhifələrində də yayımlanıb. 

Videoda iki ölkənin qardaşlığına vurğu edilir. Bu matçın sıradan bir matç olmadığı bildirilir. 

Türk izləyicilər videoya təşəkkür mesajları yazıb və hər iki kluba uğurlar arzulayıb.

Qeyd edək ki, "Neftçi" - "Qalatasaray" oyunu sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qarşılaşma saat 20:00-da başlayacaq.

BAKU.WS
VİDEO