SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın daha bir idmançısı dopinqdən istifadə etdiyi üçün cəzalandırılıb.

BAKU.WS Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) istinadən xəbər verir ki, Könül Əliyeva diskvalifikasiya olunub.

Cüdoçudan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. İdmançının orqanizmində diuretiklər və gizlədici maddələr/furosemid maddəsi tapılıb.

O, bu səbəbdən 12 ay cəzalandırılıb. İdmançının diskvalifikasiya müddəti 2020-ci il fevralın 19-dan hesablanmağa başlanılıb. 

Qeyd edək ki, AMADA daha öncə 56 idmançımıza cəza tətbiq edib.

BAKU.WS