Azərbaycan millisinin baş məşqçisi "Qarabağ"ın oyununu izləyəcək

11
avq
2020
20:31
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Gianni De Byazi bu gün "Qarabağ" və "Sabah" komandaları arasında keçiriləcək yoxlama oyununu izləyəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Azersun Arena"da oynanılacaq matça tribunadan canlı tamaşa edəcək.
64 yaşlı baş məşqçi daha əvvəl "Bank Respublika Arena"da "Sabah" - "Qəbələ" oyununa (2:0) baxıb.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" görüşü saat 20:00-da start götürəcək. Bu komandalar arasında Qəbələdə baş tutan sınaq matçında Ağdam təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.
Oxşar xəbərlər
Azərbaycan çempionatı və kuboku bu qaydalarla keçiriləcək - RƏSMƏN TƏSDİQLƏNDİ
Koronavirus pandemiyası səbəbindən martda dayandırılan 2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib. BAKU.WS xəbər verir ki, dəyişikliklər Peşəkar Futbol Liq...
