93-cü dəqiqədə vurulan qol rusiyalıya 1,65 milyon qazandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Birinci Liqasında keçirilən "Ufa" – "KAMAZ" matçının 93-cü dəqiqəsində vurulan qol bir mərc iştirakçısına 1,65 milyon rubl qazandırıb.
BAKU.WS xəbər verir ki, bu barədə "RB Sport" məlumat yayıb.
Məlumata görə, rusiyalı mərc iştirakçısı qarşılaşmada 1-dən çox qol vurulacağına 1 milyon rubl mərc edib. Bu nəticə üçün əmsal 1,65 olub.
Oyunun 60-cı dəqiqəsində "Ufa" hesabı açıb. Bundan sonra komandalar 30 dəqiqədən çox müddətdə fərqlənə bilməyib. Lakin 93-cü dəqiqədə "KAMAZ"ın vurduğu qol qarşılaşmada ümumi qolların sayını 1-dən yuxarı yüksəldib.
Nəticədə rusiyalı mərc iştirakçısı 1,65 milyon rubl qazanc əldə edib.
Qeyd edək ki, bundan əvvəl də bir mərc iştirakçısı Rusiya Kubokunda "Spartak" – "Orenburq" matçında "Spartak"ın ilk hissədə fərdi toplamının 1-dən çox olacağına 1 milyon rubl mərc edib. "Spartak"ın iki qol vurması nəticəsində həmin şəxs 2,55 milyon rubl qazanıb.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...