Formula-1 yarışlarına ev sahibliyi Azərbaycanda olan dini azadlığın nümunəsidir

Formula-1 yarışlarına ev sahibliyi Azərbaycanda olan dini azadlığın nümunəsidir
İdman 184

“CNS News” mətbu orqanında ölkəmizlə bağlı çoxsaylı müsbət məqalələrin müəllifi jurnalist Ceykob Kamarasın müəllifliyi ilə “Azerbaijan’s Grand Prix Transcends Sports, Speaks to Religious Freedom” adlı məqalə dərc edilib.

BAKU.WS xəbər verir ki, məqalə son illər ölkəmizin uğurla ev sahibliyi etdiyi “Formula 1” yarışlarının məhz Ramazan bayramı ərəfəsində keçirilməsini Azərbaycanda olan dini azadlıq ilə əlaqələndirib.

Müəllif qeyd edir ki, əhalisinin 90 faizinin müsəlmanlardan ibarət olan Azərbaycanda hakimiyyətin dövlət və din arasında uyğun qurulması sayəsində dini azadlığın ən gözəl mənzərəsinə rast gəlmək mümkündür. Müəllif Azərbaycan Qran Prisinin yalnız simvolik səciyyə daşımadığını, sülh və birlik rəmzinə çevrildiyini qeyd edir.

Həmçinin vuğrulanıb ki, 3 il öncə Azərbaycanda Fitr bayramı günü “Formula 1” yarışının keçirilməsi ölkəmizin yüksək səviyyədə tolerant olduğunu göstərdi. Dünyanın bir çox müsəlman ölkəsində olmayan tolerantlıq məhz Azərbaycanda ən gözəl şəkildə nümayiş olunur.

Bir neçə ildir Müqəddəs Ramazan bayramı ərəfəsində təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi şəhərimizə xüsusi ovqat bəxş edir. Sevindirici haldır ki, xalqımız, xüsusilə də Bakı əhalisi bu tədbiri böyük həvəslə gözləyir və yarışların ən yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verməyə çalışır. Ölkəmizdə hökm sürən tolerantlıq mühiti, xalqımızın qonaqpərvərliyi, səmimiliyi və sülhsevərliyi həmişə olduğu kimi, buraya gələn bütün qonaqlarda xoş təəssürat yaradır.

Qeyd edək ki, “Forumla 1” yarışlanın “Bakı Şəhər Halqası” adlanan Bakı mərhələsi 2016-cı ildən keçirilir. 6 kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən Bakı treki memar Hermann Tilke tərəfindən dizayn edilib. Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.

Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.

Bu il iyun ayında keçirilməsi planlaşdırılan Azərbaycan Qran-Prisi koronavirus pandemiyasına görə təxirə salınıb. Yarışın sentyabrda keçirilməsi planlaşdırılır.

Məqalənin tam mətnini buradan oxuya bilərsiniz - https://www.cnsnews.com/commentary/jacob-kamaras/azerbaijans-grand-prix-transcends-sports-speaks-religious-freedom

Son xəbərlər