VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

 

Nazim Babayev Azərbaycanı dünya çempionatında təmsil edəcək.


BAKU.WS-in məlumatına görə, martın 17-dən 20-ə kimi Portlenddə, ABŞ-ın Oreqon ştatında yüngül atletika üzrə qapalı yerdə dünya çempionatı keçiriləcək.

 

Uzunluğa tullanma üzrə idmançımız – Nazim Babayev ABŞ-da yüngül atletika üzrə dünya çempionatında iştirak edəcək. Yarışların keçirilmə yeri "Oregon Convention Center” olacaq.


İstanbulda qapalı yerdə keçirilən Balkan Çempionatından gümüş medal ilə yeni qayıdan Nazim, növbəti yarışlarda qələbə üçün mübarizə aparmağa tam hazırdır. 


Birinci Avropa Olimpiya Oyunlarının qızıl medalının sahibi, Avropanın Gənclər Çempionatının qalibi və rekordçusu, gənc, istedadlı və ən əsası Azərbaycan Respublikasının yüngül atletikanın gələcəyi - Nazim Babayevdir. Onun yaşına baxmayaraq (19 yaş), böyük idmanda artıq yüksək nailiyyətlərə sahib olub. Valideyinləri ilə stadiona gələn altı yaşlı Nazimi, futbol seksiyasına götürmədilər, fiziki zəiflik səbəbindən ona başlanğıc üçün yüngül atletika üzrə məşqlərə baş çəkməyi məsləhət gördülər. Bu andan, idmançının istedadını görüb, onda bu idman növünə marağı doğurdan məşqçinin və ailəsinin dəstəyi ilə, Nazim özünə böyük idmana yol çəkməyə başladı.


2012-ci ildən başlayaraq beynəlxalq yarışlarda iştirak edir. Həmin il Asiya Oyunlarında iştirak edib və 13,92 m. nəticəylə ikinci yeri tutdu. Növbəti müvəffəqiyyət onu Niderlandın Utrext şəhərində gözləyirdi. Yeniyetmələr arası Avropa Olimpiya festivalında o birinci yeri tutdu və yarışın rekordunu vurmaq üçün cəmi 3 sm. qalmışdı. 2014-cü ildə Nazim Babayev Azərbaycanın uzunluğuna tullanma üzrə rekordunu yeniləyib, hansı ki, 33 il bundan əvvəl təyin edilmişdi. Tullanmanın məsafəsi 15,96 m. olub. Həmçinin 2014-cü ilin Olimpiya Oyunlarının mükafatçısıdır.


İdmançının sözlərinə görə, ən yadda qalan tullanması doğma şəhərində, Bakıda keçirilən Avropa Oyunlarında idi. Zədəli olaraq, Nazim iki cəhdin nəticələrinə görə ikinci yerdə idi, amma üçüncü – son cəhdində azarkeşlərin dəstəyi ilə ayağındakı ağrıya üstün gəlib tullana bildi və ümumi nəticəsini yaxşılaşdırıb, birinci yerə yüksəldi. "Düzdür, həmin yarışda birinci olmağıma baxmayaraq komanda hesabında 5-ci olduq. Amma, mən heç də üzülmürəm, çünki həmin vaxt mənim orada yaşadığım dəqiqələr hər bir qızıl medaldan üstündür." - Nazim deyir.

 

BAKU.WS