Ronaldinyo barədə həbs qərarı verildi - qoluna qandal vuruldu - VİDEO

Saxta pasport iddiası ilə Paraqvayda saxlanılan Ronaldinyo həbs edilib.
BAKU.WS Türkiyə KİV-nə istinadla xəbər verir ki, Braziliyalı ulduz futbolçu məhkəmə qərarı ilə 6 ay həbs cəzasına məhkum edilib.
Paraqvayın paytaxtı Asunsionda bir xeyriyyə aksiyasında iştirak etmək üçün ölkəyə səfər edən Ronaldinyo və qardaşı Assis oteldə yoxlama zamanı saxlanılmışdı.
Saxta pasport saxladığı üçün tutulan ulduz Paraqvaya qanunsuz yollarla girmək istədiyi üçün 6 ay həbs cəzasına məhkum edilib.
Həbs qərarından sonra yayımlanan görüntülər dünya mətbuatının gündəmini zəbt edib.
Məşhur futbolçu əlindəki qandalları köynəklə örtməyə çalışıb.
Oxşar xəbərlər
Danışılmış oyunlarda iştirak edən azərbaycanlı futbolçular - SİYAHI
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “danışılmış oyunlar”a qarşı apardığı mübarizə çərçivəsində Birinci divizionda keçirilən oyunlar mütəmadi qayda...
