Avropa Liqasının Bakı finalından 680 milyon manat qazanc götürülüb

2019-cu il mayın 20-də Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Azərbaycana birbaşa 175 milyon manat nağd vəsait daxil olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, AFFA-nın 2019-cu il hesabatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamaları əsasında müəyyənləşib. Bildirilir ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilindən 680 milyon manat iqtisadi qazanc götürülüb.
Görüşün keçirilməsi üçün isə vergilər də daxil olmaqla 13 milyon 333 min 491 manat xərclənib. Bu məbləğ Azərbaycan Respublikasının dövlət büdcəsindən Maliyyə Nazirliyinin ayırdığı vəsait və AFFA-dan ayırmalar hesabına formalaşıb. Maliyyə Nazirliyindən 11 milyon manat, AFFA-dan 2 milyon 333 min 491 manat ayrılaraq layihənin büdcəsinin formalaşmasına yönəldilib.
Qeyd edək ki, final matçında "Çelsi" "Arsenal"a 4:1 hesabı ilə qalib gəlib.
Oxşar xəbərlər
AFFA-nın gəlirləri 4,5 milyon manatadək artıb
AFFA-nın 2019-cu il üçün gəlirlərində 4 milyon 491 min 933 manatlıq artım baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesabat ilində gəlirlər 29 mily...
