SİZİN REKLAM BURADA!
055 213 76 73


İrlandiyalı döyüşçü Konor Makqreqora məğlub olan amerikalı “Kovboy” ləqəbli Donald Sirouni rinqdən sonra xəstəxanaya aparılıb.

BAKU.WS xəbər verir ki, hələlik amerikalı idmançının vəziyyəti barədə ətraflı məlumat verilmir.

Xəstəxanaya yerləşdirildiyinə görə, Donald Sirouni döyüşdən sonra keçirilən mətbuat konfransında iştirak etməyib.

Qeyd edək ki, Konor Makqreqor və Donald Sirouni arasında keçirilən döyüş maraqlı anlarla yadda qalıb.
Çoxdan gözlənilən döyüş 40 saniyəyə başa çatıb.

Belə ki, Konor Makqreqoru rəqibinə ardıcıl zərbələr endirməyə başlayıb.

Donald Sirouni isə ona qarşılıq verə bilməyib. Hakim də, döyüşü 40-cı saniyədə dayandırmağa məcbur olub.

Həmin görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO