"Qarabağ"la Avropa Liqası oyunundan sonra rəqib komandanın kapitanı oyun haqda fikirlərini bildirib. 

 

BAKU.WS-in məlumatına görə, futbolçu komandasını tanımadığını deyib. 


"Yanq Boyz"un kapitanı Stiv von Bergen: "Nə baş verdiyini anlaya bilmirik. "Qarabağ"la oyunda sadəcə, aciz vəziyyətə düşmüşdük. Meydançada sanki nəfəsimiz çatmırdı. Köməksiz görünürdük. Ancaq dərhal toplarlanmalıyıq. Cütün taleyi hələ həll olunmayıb. Düzdür, cavab görüşünə çox az vaxt qalıb. Amma hər şey özümüzdən asılıdır. Məncə, Bakıda qələbə qazanıb, mərhələ adlaya bilərik".

 

Azad Əliyev

BAKU.WS