SİZİN REKLAM BURADA!
055 213 76 73


"Kiprdəki qələbə bizim üçün xeyirli idi. Ancaq bu, bizi qrupda favorit halına gətirmir.Nəzəri cəhətdən biz daha zəif komandayıq və rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. Bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir".

BAKU.WS
"qol.az"a istinadən xəbər verir ki, Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Düdelanj"ın müdafiəçisi Rikardo Delqado Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la oyun öncəsi deyib.

O, Ağdam klubunun ilk turda məğlub etdikləri APOEL-dən daha güclü olduğunu bildirib: "Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma "Qarabağ"la oyun tamamilə fərqlidir.  Çətin oyun olacq. "Qarabağ" APOEL-dən fərqli komandadı. Məncə, "Qarabağ" daha güclüdür.  Hamımız bilirik ki, "Sevilya" qrupun favoritidir. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram və 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm".

Qeyd edək ki, Lüksemburqun “Jozi Bartel” stadionunda keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qarşılaşma "CBC Sport" kanalı ilə canlı yayımlanacaq. 

Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (hamısı Şotlandiya).
Lüksemburq. “Jozi Bartel” stadionu.

1.

Sevilya

1

1

0

0

3:0

3

2.

Düdelanj

1

1

0

0

4:3

3

3.

APOEL

1

0

0

1

3:4

0

4.

Qarabağ

1

0

0

1

0:3

0

BAKU.WS