“Ümumi götürsək, maraqlı qrupa düşdük”.

BAKU.WS xəbər verir ki, bunu Avropa Liqasının qrup mərhələsinin püşkatmasını dəyərləndirən “Qarabağ”ın rəqiblərini dəyərləndirən Rəşad Sadıqov bildirib.

O, rəqibləri ayrılıqda şərh edib:

“Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".
BAKU.WS