VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqiblərimizdən APOEL tanış rəqibdir, gücləri bəllidir".

BAKU.WS-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionunun baş məşqçisi Avropa Liqasının püşkünə münasibət bildirib. A qrupunda "Sevilya", APOEL və "Düdelanj"la mübarizə aparacaq mütəxəssis bildirib ki, rəqibləri daha yaxşı analiz etməyə çalışacaq:

"Düdelanj"la daha öncə qarşılaşmışıq, amma həmin vaxtdan uzun müddət keçib. Onların ardıcıl olaraq qrup mərhələsində iştirakı uğurlarının təsadüfi olmadığının göstəricisidir. "Sevilya" isə hamıya məlumdur, Avropa Liqasını ən çox qazanmış klubdur. Hələ vaxtımız var, rəqiblərimizi daha yaxından analiz etməyə çalışacağıq".
BAKU.WS