SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə futbolçu Hasan Uysal 10 illik ayrılıqdan sonra böyük idmana qayıdıb. 

BAKU.WS xəbər verir ki, futbolçu “Muratlıspor” klubuna ov iti müqabilində keçib. 

“Muratlıspor” futbolçuya yaxşı maaş verə bilmədiyi üçün ona belə bir təklif edib. 

Klubunun təklifini sərfəli hesab edən Hasan Uysal yenidən oynamaq qərarı verib. O, buna qədər müxtəlif peşəkar, həvəskar klublarda forma geyinib.

Qeyd edək ki, “Muratlıspor” həvəskarlar liqasında yerini qorumaq niyyətindədir. 

BAKU.WS