SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin tanınmış müğənnisi Hadisə onu təhqir edən futbolçuya cavab verib.

BAKU.WS
xəbər yayır ki, Türkiyə millisinin keçmiş futbolçusu,"Kadıköy Buğası" ləqəbilə məşhurlaşan Serhat Akının sözləri Hadisəni əsəbləşdirib. Müğənni futbolçuya təhqirlə cavab verib.

"Uzaqdan adama oxşayırsan, adamlıqdan isə uzaqsan", - deyən müğənni futbolçuya cavab verib.

"Normal halda bu məsələlərə cavab vermirəm. Lakin son dövrlər qadınlara qarşı şiddət gördükdə çox əsəbləşirəm. Mənim haqqımda deyilənlər isə təkcə məni yox, bütün qadınları təhqir edir. Mən həmin şəxsə görə, daha doğrusu, onun həyat yoldaşı və qızlarına görə utanıram", - deyə Hadisə yazıb.

Qeyd edək ki, bir müddət əvvəl futbolçu "Twitter" hesabında tanınmış müğənni Hadisə barədə yazdıqları qalmaqala səbəb olub.

"Mən təzə-təzə məşhurlaşan vaxtı Hadisə də səhnəyə yeni gəlmişdi. Həmin dövrdə elə də gözəl deyildi. Sonradan açıldı. İndi Hadisə "ərəb atı" kimidir", - deyə Serhat Akın deyib.

Cavid Babayev
BAKU.WS