VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Joze Mourinyo Rusiya "Rostov"u ilə Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı futbolçu Markos Roxoya banan verməsinin səbəbini açıqlayıb.

BAKU.WS-in "Report"-a istinadən verdiyi məlumatda bildirilir ki, portuqaliyalı mütəxəssis BBC-yə müsahibəsində heç bir gülünc hərəkətə yol vermədiyini bildirib. Əksinə, o, futbolçuya hörmətlə yanaşdığını söyləyib: Nə vaxtsa yorulursunuzsa, orqanizminizin nə tələb etdiyini bilməlisiniz. Roxo banan xahiş etdi. Bu, gülməli deyil, futbolçuya hörmət əlamətidir".
Qeyd edək ki, "Mançester Yunayted" 1:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. "Rostov"la ilk görüşdə heç-heçə qeydə alınmışdı - 1:1.  

Arzu Mirzəyeva
BAKU.WS