SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin “Vulverhempton” klubu Azərbaycan millisinin üzvü Renat Dadaşovu heyətinə qatıb.

BAKU.WS xəbər verir ki, bu bardə "birminghammail.co.uk" portalı yazıb. Məlumata görə, “Eştoril"dən transfer olunan R.Dadaşov Portuqaliyanın “Pakoş de Ferreyra” klubuna icarəyə verilib.

İngiltərə klubu həmyerlimizlə 4 illik müqavilə bağlayıb. Futbolçu bir ilini Portuqaliya təmsilçisinin heyətində çıxış edəcək. 

Almaniyada azərbaycanlı ailədə dünyaya gələn Renat Dadaşov karyerasına "Ayntraxt" klubunda başlayıb. Daha sonra "Red Bull Leipzig" klubunun akademiyasında 3 il təcrübə topladıqdan sonra, 2017-ci ildə yenidən Frankfurta qayıdıb. Keçən il “Eştoril”lə iki illik müqavilə imzalayan Renat, iştirak etdiyi 22 matçda 4 qolla yadda qalıb.
BAKU.WS