SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov "İdman Azərbaycan" kanalının şərhçisi İsmayıl Abdullayevin bir müddətlik efirdən uzaqlaşdırılması ilə bağlı AZTV-nin sədr əvəzi Rövşən Məmmədova müraciət edib:


BAKU.WS-in məlumatına görə, B.Əşrəfov "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində qeyd edib ki, İ.Abdullayev onun ən sevdiyi şərhçidir:

"Azərbaycanda xeyli futbol şərhçisi var ki, mən onların içində yek İsmayılı görürəm. İsmayıl ən zəif oyunu da maraqlı şərh edir, adama elə gəlir ki, sürətli oyun gedir. Bəzi şərhçilər ən sürətli oyunu da maraqsız aparırlar. Bildiyimə görə onu irqçilikdə ittiham edirlər. Rusiyanın məşhur şərhçisi Nikolay Ozerov ağzından elə söz qaçırıb ki, kimsə buna görə onu ittiham etməyib. Belə gözəl kadrı, şərhçini sevdiyi işdən uzaqlaşdırmaq məgər çox böyük qəhrəmanlıqdır? Onsuz da futbolumuz ləngdir, zəifdir. Belə şərhçiləri uzaqlaşdırmağın nə mənası var?. Mən cənubluyam, İsmayılın heç hansı regiondan olduğunu da bilmirəm. Sadəcə, İsmayıl şərhçiliyi ilə mənim futbola olan marağımı bir az da artıb".  

Qeyd edək ki,  “İdman Azərbaycan” telekanalı vasitəsiylə canlı yayımlanan “Mançester Yunayted” - “Çelsi” matçı zamanı irqçiliyə yol verdiyinə görə İ.Abdullayrb bir ay müddətinə efirdən uzaqlaşdırılıb. O, bu barədə sosial şəbəkədə yazıb.
BAKU.WS