SİZİN REKLAM BURADA!
055 213 76 73



Toy məclislərinin tanınmış aparıcısı Pünhan İsmayılın oğlunun toyu olub. 

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, aparıcının oğlu Ağasəlim Səriyyə adlı xanımla ailə qurub.  

P.İsmayıl məclisdə gəlini və oğlu üçün sürpriz edib. Belə ki, o övladı üçün aldığıl mənzilin açarını yeni evlənən cütlüyə verib. 
Şəhər restoranlarının birində baş tutan məclisə sənət aləminin tanınmış simaları qatılıb. P.İsmayıl bildirib ki, gəlini xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Baloğlan Əşrəfov və müğənni Manaf Ağayevin ifasını xoşlayır. Hər üç ifaçını da məclisə gəlininin arzusunu yerinə yetirmək üçün dəvət edib.
 
BAKU.WS