Azərbaycanın titullu klublarlından "Neftçi” hazırlıq matçında Türkiyənin "Antalyaspor” klubu ilə üz-üzə gəlib.


BAKU WS-in məlumatına görə, Türkiyədə təlim məşq toplantısı keçirən "Neftçi” yeni mövsümə ulduz transferlərlə hazırlaşan "Antalyaspor”u məğlub edib. Oyuna yaxşı başlayan təmsilçimiz qarşılaşmadan üzü ağ ayrılıb. Afyon Arena Stadionunda baş tutan matçın ilk hissəsi 0:0 hesabı ilə yekunlaşıb. 

Ulduz futbolçu Samuel Etonun da forma geyindiyi qarşılaşmada "Antalyaspor” "Neftçi”nin qapısına yol tapa bilməyib. Əvəzində isə ikinci hissənin 56-cı dəqiqəsində "Neftçi”nin futbolçusu Ruslan Qurbanov hücum zamanı topu tora göndərməyi bacarıb. 

Qarşılaşmada ikinci qol isə 86-cı dəqiqəyə təsadüf edib. Fəhmin Muradbəyli yenidən toru silkələyib və komandasının 2-0 hesablı qələbəsini təmin edib.


BAKU WS

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 


 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ