VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Azərbaycanın zəngin futbol ənənələrinin bərpa edilməsinə töhfə vermək məqsədilə yaradılmış və bu səbəbdən “MİRAS FK” adlandırılmış futbol klubuna qəbul üçün qeydiyyat davam edir.

Klub qarşısında duran başlıca məqsədlərdən biri də yığma komandada oynayacaq gələcək parlaq futbolçuların yetişdirildiyi ölkənin əsas futbol məktəblərindən birinə çevrilməkdir.

Bu məqsədləri uğurla həyata keçirmək üçün Azərbaycan futbol tarixində öz sözünü demiş, peşəkar mütəxəssis, UEFA “PRO” kateqoriyasına sahib olan, SSRİ dövründə futbolçu kimi 17 yaşlılar arasında dünya, 19 yaşlılar arasında isə Avropa çempionu adını qazanmış, Arif Əsədovun rəhbərliyi altında məşqçilər korpusu dəvət edilmişdir. Qeyd edək ki, 2010/2011-ci illər mövsümündə Neftçi futbol klubu məhz Arif Əsədovun rəhbərliyi altında ölkə çempionu adına layiq görülmüşdür. Məşqçilər korpusunun qarşısında duran əsas vəzifə kluba üzv olan gənc futbolçuların bacarıqlarını üzə çıxarıb, onların bir peşəkar futbolçu kimi püxtələşməsinə yardım göstərməkdir.


Miras Futbol Klubunun məşqləri H.Cavid prospekti 127m (Elmlər Akademiyası metrosunun yaxınlığında) ünvanında yerləşən FİFA standartlarına uyğun qurulmuş yüksək keyfiyyətli süni ot örtüyü, rahat soyunub-geyinmə otaqları və duş kabinələri ilə təchiz edilmiş AZFAR futbol meydançasında keçirilir. Sözügedən meydançaların ətrafında çoxsaylı avtomobil dayanacaqları mövcuddur. Məşqlərin gedişini rahat izləmək məqsədilə gənc futbolçuların valideynləri üçün xüsusi istirahət zonası yaradılmışdır. Valideynlər mütəmadi olaraq keçiriləcək Valideyn günləri hesabına daimi olaraq övladlarının əldə etdiyi nailiyyətləri barədə məlumatlandıracaqlar.

Peşəkar məşqçi korpusuna malik olması, klubun bazasının əlverişli məkanda yerləşdirilməsi, klubun yetirmələrinə fərdi yanaşmanın nümayiş etdirilməsi, müxtəlif turnirlərdə iştirakı, klubun müasir infrastruktura sahib olması Miras Futbol Klubunun səciyyələndirən cəhətlərindən hesab edilir. Miras Futbol Klubunun məşqçilər korpusu təlim-tədrisə peşəkar münasibət bəsləyərək, gənc futboçulara yalnız praktiki məşğələ deyil, eyni zamanda nəzəri bilikləri də aşılayaraq onların hərtərəfli inkişafına səy göstərir. “MİRAS FK” istedadlı yeniyetmələrin üzə çıxarılmasına və onların peşəkar futbol klublarının akademiyalarına seçilməsinə imkan yaradır.

“MİRAS FK”-ya üzv olmuş hər bir gənc futbolçu təmənnasız olaraq məşq forması ilə təmin olunur.
İlk sınaq məşğələ hər bir gənc futbolçu üçün pulsuzdur. Məşqlər bazar ertəsi, çərşənbə və cümə günləri 14:00 – 15:00 və 17:00 – 18:00 saatlarında keçirilir.

Kluba 6-13 yaş qrupu üzrə qəbula yazılmaq üçün müraciətlər qəbul olunur.

Əlavə məlumat üçün: +99477 500 03 23 (Zəng və ya WhatsApp)
https://www.facebook.com/mirasfutbolklubu/
https://www.instagram.com/mirasfutbolklubu/