SİZİN REKLAM BURADA!
055 213 76 73



"Qarabağ" klubu "Qəbələ"nin futbolçusu Hacıağa Hacılı ilə müqavilə imzalayıb.

BAKU.WS klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlindən komandada icarədə olan 21 yaşlı yarımmüdafiəçinin transfer hüququna tam yiyələnib. Onunla 4 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Hacıağa Hacılı "Qəbələ"nin yetirməsidir.

BAKU.WS