SİZİN REKLAM BURADA!
055 213 76 73



2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” klubu daha bir əcnəbi futbolçunun transferini reallaşdırıb.

Klubun mətbuat katibi Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, paytaxt təmsilçisi bolqarıstanlı futbolçu Emil Martinovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Emil Martinov son olaraq Bolqarıstanın "Slaviya" (Sofiya) klubunda çıxış edib.

BAKU.WS