VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Avropa Liqasında qrup mərhələsinə düşən "Qarabağ" klubu avroliqalarda iştirakdan 4 milyon avro qazanıb.

BAKU.WS-in məlumatına görə, təmsilçimiz 5-ci dəfə ardıcıl olaraq Avropa arenasında çıxış edir və bu dəfə Avropa Liqasında çıxış edəcək.

"Qarabağ" mübarizəyə Çempionlar Liqasının birinci mərhələsindən başlayıb və play-off-a qədər mübarizəni davam etdirib. Təmsilçimiz Çempionlar Liqasında 1-ci təsnifatda 280 min, ikinci təsnifatda 380 min, 3-cü təsnifatda iştirak etdiyi üçün 480 min avro qazanıb. 

Play-off-da BATE-ni keçə bilməyən Ağdam klubu Avropa Liqasının play-off-unda Şerifi mübarizədən kənarlaşdırıb və 300 min avro daha qazanıb. 

Avropa Liqasında qrup mərhələsində iştirak etdiyi üçün "Qarabağ"a əlavə 2,62 milyon avro daha ödəniləcək. Yekunda təmsilçimiz 4 milyon avro (8 milyon AZN) qazanc əldə edib.  

Bundan başqa "Qarabağ" qrupda hər qələbə üçün 570 min avro, heç-heçə üçün isə 190 min avro qazana bilər. Qrupda birinci yer tutacağı halda 1 milyon, ikinci yeri tutacağı halda isə 500 min avronun sahibi olacaq. 

BAKU.WS