Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilir.

BAKU.WS-in məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın üzvləri iştirak edir.

İkinci yarış günündə 13 güləşçimiz xalça üzərinə çıxıb. Təmsilçimiz İslam Abbasov 87 kiloqramda mübarizə aparıb. O, bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb. Finala gedən yolda İslam erməni rəqibi Maksim Manukyanla yarımfinalda qarşılaşıb. Görüşdən təmsilçimiz 9:6 hesablı qələbə ilə ayrılıb. 

Final görüşündə İslam Abbasov Ukraynadan olan Jan Belenyukla qarşılaşacaq. 

Şahin
BAKU.WS