VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


K-1 qaydasız döyüş növü üzrə dəfələrlə dünya çempionu olmuş " Mauqli" ləqəbli idmançı Zabit Səmədov növbəti döyüşünə çıxacaq. 

BAKU.WS-in məlumatına görə, Britaniyadan olan kikboksçu James McSweeney İzmirdə Beynəlxalq Mix Fight Çempionatında həmyerlimizə meydan oxuyub. Zabit Səmədovun ona cavabı isə bütün zalı coşdurub. 

Zabit "Azərbaycan-Türkiyə - iki dövlət bir millət" şüarını səsləndirib. Daha sonra azarkeşlərə söz verən idmançı "Bu şəxsin kim olduğunu bilmirəm amma, qarşılaşmanı çox pis vəziyyətdə məğlub olacaq" deyib. Əsgərlərə də səbr və güc arzulayan idmançı bu sözləri ilə izləyicilərin bir daha rəğbətini qazanıb. 

Qeyd edək ki, Zabit Səmədov James McSweeneyin çağırışına cavab verib və aprel ayında Almaniyada görüş olacağı planlaşdırılır. 

Şahin
BAKU.WS