VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İdman gimnastikası üzrə (fərdi, dayaqla tullanma) çempion, Ukrayna idmançısı Oleq Verniayev azərbaycanlı karateçi Rafael Ağayevlə fotosunu paylaşıb. 

BAKU.WS-in məlumatına görə, 2 qat dünya və 4 qat Avropa çempionu Oleq Verniayev beşqat dünya, onqat Avropa çempionu təmsilçimiz Rafaellə şəklinin altına bunları yazıb:

"Karatenin həvəskarları var? Kim beşqat dünya, onqat Avropa çempionunu tanımır?" Oleq Verniayev "dünya idmanında dostluq" sözlərini yazaraq ictimaiyyətə mesaj verib.  

Qeyd edək ki, Rafael Ağayev hazırda Ukraynın paytaxtı Kiyevdədir. O, Xarkov şəhərində dekabrın 10-da seminar keçirəcək və gənc idmançılara dərs verəcək. 

Rafael Ağayev beşqat dünya, onqat Avropa çempionudur. 2013-cü ildə Palembanqda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Elə həmin ildə Santa-Klarada keçirilən Dünya Oyunlarında və Sankt-Peterburqda keçirilən Dünya Döyüş Oyunlarında qızıl medallara sahib olub. Rafael Ağayev həm də “Bakı-2015” Avropa Oyunlarının qızıl medalçısıdır.

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

BAKU.WS