Bu gün Çempionlar Liqasında VI tura start veriləcək. BAKU.WS xəbər verir ki, qrup mərhələsinin ilk günündə Azərbaycan çempionu "Qarabağ" səfərdə "Roma" ilə qarşılaşacaq.

Bu qarşılaşma Qurban Qurbanovun yetirmələri üçün avrokubok mövsümünün son sınağı olacaq. Çünki matçın nəticəsi komandamızın mövqeyinə təsir etmıəyıcık. İstənilən halda C qrupunda sonuncu yerdə olan "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsindəki debütünü İtaliya paytaxtında başa vuracaq.

Amma bu qarşılaşma rəqib komanda üçün çox əhəmiyyətlidi. Çünki 1/8 finala vəsiqə qazanmaq üçün italiyalılar mütləq qələbə qazanmalıdı. Əks təqdirdə "Atletiko" üçün şans yaranacaq. "Roma" isə xal itirsə, "Çelsi"nin qələbəsinə ümid bəsləməlidirlər.

Qeyd edək ki, "Qarabağ" "Roma" ilə Bakıda keçirilən II turda 1:2 hesabı ilə uduzmuşdu.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

C qrupu

5 dekabr

23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

"Roma": 1. Alisson Bekker, 4. Radja Nainqqolan, 6. Kevin Strotman, 8. Dieqo Perotti, 9. Edin Dzeko, 11. Aleksandr Kolarov, 16. Daniele de Rossi, 20. Federiko Fazio, 24. Alessandro Florenzi, 44. Kostas Manolas, 92. Stefan Əl-Şaravi

Ehtiyat oyunçular: 28. Lukaş Skorupski, 5. Juan Jesus, 7. Lorenzo Pelleqrini, 14. Patrik Şik, 15. Hektor Moreno, 21. Maksim Qonalons, 30. Gerson

Baş məşqçi: Eusebio de Françesko

"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 77. Donald Gerye

Ehtiyat oyunçular:
1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

Baş hakim: Tobias Stieler

Roma. Olimpiya stadionu

***

Qarşılıqlı hücumlar şəraitində davam edən oyunun birinci hissəində komandaların heç biri əlverişli qol imkanlarından yararlana bilmədi. Qarşılaşmanın birinci hissəsində hesab açılmadı.

***

Qarşılaşmanın 53-cü dəqiqəsində ev sahibləri hesabı açırlar. Perotti komandasının ilk qolunu "Qarabağ"ın qapısından keçirir. Sonrakı dəqiqələrdə bir neçə dəfə komandamızın qol vurmaq imkanı olsa da, dəqiqlik çatışmadı. Nəticədə qarşılaşma 1:0 meydan sahiblərinin xeyrinə başa çatdı. 

BAKU.WS