Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsindəki Kindzerska mübarizəyə yarımfinal mərhələsindən başlayıb.

Buna iştirakçı sayının azlığı səbəb olub. 26 yaşlı idmançı rusiyalı Kseniya Çibişovanı 25 saniyəyə ipponla yenib. Həlledici görüşdə onun rəqibi hollandiyalı Tessi Savelkuls olacaq.

Kişi cüdoçulara gəldikdə, Uşangi Kokauri (+100 kq) təsəlliverici görüşdə, dünya çempionu Elxan Məmmədov (100 kq) isə 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Onların hər ikisi medalsız qalıb. Məmmədəli Mehdiyev (90 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin ilk iki yarış günündə Nicat Şıxəlizadə (66 kq) gümüş, Rüstəm Orucov (73 kq) bürünc medal qazanıb.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ