SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Çempionlar Liqasının qrup mərhələsinə start veriləcək. BAKU.WS Fanat.Az-a istinadən xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" bu mərhələdə tarixinin ilk oyununa çıxacaq və "Çelsi"nin qonağı olacaq.

İngiltərə mətbuatı oyundan bir gün əvvəl komandaların mümkün start heyətlərini açıqlayıb. Ansi Aqollinin zədəli olmasından xəbərsiz olan həmkarlarımız alban futbolçunun adını start heyətinə salıb. İngilis jurnalistlər hesab edir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu oyunda yeni transferlər - Pedro Enrike, Tarik Elyunussi və Ramil Şeydayevə, həmçinin kapitan Rəşad Sadıqova ilk dəqiqələrdən şans verməyəcək.

Çelsi: Uilli, Kaballero, Antonio Rudiger, Hari Kahill, Andreas Kristiansen, David Zappakosta, Danni Drinkvater, Nqolo Kante, Markos Alonso, Villian, Mişi Batşuayi, Eden Hazard.

Qarabağ: İbrahim Şehiç, Maksim Medvedev, Yakub Rejniçak, Bədavi Hüseynov, Ansi Aqolli, Qara Qarayev, Vild-Donald Qerye, Mişel, Riçard Almeyda, Mahir Mədətov, Dino Ndlovu.

BAKU.WS