Xəbər verildiyi kimi Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubu braziliyalı yarımmüdafiəçi Pedro Enrikenin keçidində maraqlıdır.

BAKU.WS xəbər verir ki, artıq Yunanıstan mətbuatında da bu barədə məlumatlar yayılıb.

Qeyd olunur ki, “Qarabağ” klubu Yunanıstanın PAOK klubunun braziliyalı yarımmüdafiəçisi Pedro Enrikenin keçidi üçün razılaşıb.

Hələlik rəsmi məlumat yayılmasa da gün ərzində Pedronun “Qarabağ”a keçidinin açıqlanması gözlənilir.

Pedro Enrike Braziliyanın "Avenida" və "Kaxias" klublarında oynayıb. 2012-ci ildə İsveçrənin "Sürix" klubuna keçib. Futbolçu 2014-cü ildə Fransanın "Renn" klubuna transfer olunsa da ötən ildən PAOK-da karyerasını davam etdirməyə başlayıb.

BAKU.WS