VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türk futbolunun iki nəhəng klubu "Qalatasaray" və "Fənərbaxça" bu gün qarşılaşacaq.
 
BAKU.WS-in məlumatına görə, "Kanarya"nın meydanında keçiriləcək derbi matçına azərbaycanlı futbol sevərlərin də marağı böyükdür. Bakı vaxtı ilə saat 20:00-da baş tutacaq qarşılaşmanı hakim Fırat Aydınus idarə edəcək.

9-cu həftəyə lider Beşiktaşın iki xal gerisində girən "Fənərbaxça"da 3 zədəli futbolçu var. Volkan Şən, Mereleş və Bruno Alveş "Qalatasaray" qarşısında forma geyə bilməyəcək.

Qonaq "Qalatasaray"da isə uzun müddətdir zədəli olan Həmid Altıntop xaricində bütün futbolçular heyətə düşüb. Burak və Denayerin zədələri tamamilə sağalıb və baş məşqçi vəzifə verərsə derbidə oynayacaqlar. Derbidə "Cim Bom"un 3 futbolçusu - Səbri, Karol və Sneyder sarı kart görərsə 10-cu həftədəki "Əskişəhərspor" matçında forma geyə bilməyəcək.
 
Hər iki klubun 17 xalı var və lider "Beşiktaş"dan 2 xal geridə 2-3-cü sıraları bölüşürlər. Derbidən qalib ayrılan tərəf xal fərqi ilə Türkiyə super liqasının da lideri olacaq. 

İki klubun bu gün açıqlana biləcək heyətini təqdim edirik:

"Fənərbaxça": Volkan - Gökhan (Şener), Kjaer, Ba, Caner - Mehmet Topal, Josef - Markoviç, Dieqo Ribas, Nani - Van Persi

"Qalatasaray": Muslera - Denayer (Sabri), Çedju, Hakan Balta, Karol - Səlcuq, Bilal - Yasin, Sneyder, Podolski - Burak (Umut)

BAKU.WS