SİZİN REKLAM BURADA!
055 213 76 73



“Qarabağ”ın Çempionlar Liqasındakı tarixi uğuru Türkiyə kanallarında da müzakirə olunub.

BAKU.WS-in məlumatına görə, “Tivibu Spor” kanalında yayımlanan “Çempionlar Ekranı” verilişində Kerem Gürel və Ali Ece “Qarabağ”ın uğurundan söhbət açıb. Azərbaycan klubuna təriflər yağdıran Ali Ecə Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəydən də söz açıb: 

"O çox istəyib ki, Azərbaycan-Türkiyə yığmaları arasında qarşılaşma olsun. Çox millətçi adam olub. Mənim bir müəllimim var idi. O, Elçibəyə çox bənzəyirdi. Tarix yazan klubun adını daşıyan bölgə Dağlıq Qarabağdır. Qarabağla bağlı müharibə dövründə izlədiyimiz xəbərlər uşaqlığmızın kabusu idi. O günlərdən, bu günlərə gəlmələri çox gözəl".

BAKU.WS